Monqolustan təmsilçisi The MongolZ Esports World Cup 2025-in qalibi olub. Komanda böyük finalda Aurora Gaming üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq ilk böyük kubokunu qaldırdı. Turnir boyu The MongolZ həmçinin GamerLegion, 3DMAX və Vitality komandalarını məğlub etmişdi.
Final görüşünün gedişi
- Mirage (16:14) – The MongolZ-un seçimi ilə başlayan seriya gərgin mübarizə ilə yadda qaldı. XANTARES möhtəşəm atışlar sərgilədi, woxic isə heyranedici klatçlar qazandı. Lakin monqollar bir neçə vacib “force-round” qazanaraq oyunu uzatmaya apardı və qalib gəldi.
- Dust2 (13:9) – Aurora bu dəfə cavab verməyə çalışsa da, The MongolZ rəqibin hücumlarını ustalıqla oxuyaraq ilk hissəni 7:5 hesabı ilə öndə tamamladı. Wicadianın Desert Eagle ilə gözəl quadrakill-i intriqanı artırsa da, monqollar üstünlüyü əldən vermədi.
- Nuke (13:4) – Son xəritədə Aurora fanatlarına ümid bəxş etsə də, The MongolZ sürətlə nəzarəti ələ aldı. 910-un AWP ilə 1vs3 klatçı və Senzunun Desert Eagle ilə tripl-kill-i komandanı tam üstünlüyə çıxardı.
Tarixi uğur
Bu qələbə ilə The MongolZ CS2 tarixində adını yazaraq ilk dəfə Esports World Cup çempionu oldu.
Esports World Cup 2025. Böyük final. 24 avqust
The MongolZ – Aurora – 3:0 (16:14, 13:9, 13:4)
