T1, Hanwha Life Esports komandasına qalib gələrək Cənubi Koreya turniri LCK Season 2025-də Legends qrupunda ilk “top-2”yə düşmək şanslarını artırdı.
BO3 formatında keçirilən qarşılaşma 2:1 hesabı ilə T1-in xeyrinə başa çatdı. Matçın MVP-si — Ryu “Keria” Min Sok seçildi.
Hazırda T1-in qrup mərhələsindəki nəticəsi 20-9, komanda 2-ci yerdə qərarlaşıb. Ən yaxın izləyicisi Hanwha Life Esports-un göstəricisi isə 19-10-dur. Əgər T1 son oyununda Gen.G üzərində qələbə qazanarsa, ilk dördlüyə yüksələrək Worlds 2025 üçün birbaşa vəsiqə əldə edəcək.
T1 – Gen.G oyunu 30 avqust, saat 09:00-da keçiriləcək.
LCK Season 2025 turniri 2 aprel – 28 sentyabr tarixləri arasında davam edir. Ümumi mükafat fondu təxminən 382 min dollar, ilk 4 komanda isə Çində baş tutacaq Worlds 2025-ə vəsiqə qazanacaq.
