LGC 2025 Rising iştirakçı komandaları bəlli oldu

by Nigar Məmmədova
0 comments

Riot Games tərəfindən keçiriləcək ilk böyük qadınlar üzrə League of Legends turniri — League of Legends Game Changers 2025 Rising-in bütün iştirakçı komandaları müəyyənləşib.

LGC 2025 Rising-də mübarizə aparacaq komandalar

  • G2 Hell – Equal eSports Cup 2025-in çempionu
  • Solary Académie – Equal eSports Cup 2025-in finalçısı
  • Galions Pearl – Equal eSports Cup 2025-də 4-cü yer
  • Nexus Reapers – Equal eSports Cup 2025-də 5-ci yer
  • Vitality Rising Bees – dəvət alan komanda
  • SK Gaming Aravorsa – dəvət alan komanda
  • Eterna – açıq təsnifatların qalibi
  • Zerance Bloom – açıq təsnifatların qalibi

Turnir haqqında

LGC 2025 Rising 13 sentyabrdan 30 oktyabra qədər keçiriləcək. Qrand-finala yüksələcək iki komanda Paris Game Week 2025 festivalında, Paris Expo Porte de Versailles səhnəsində qarşılaşacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın