Valve Counter-Strike 2 üçün yeni yeniləmə yayımlayıb. O, kosmetik əlavələr, gameplay dəyişiklikləri, izləmə rejimi və mappul ilə bağlı bir çox yenilikləri əhatə edir.
Yeni kosmetika
Armory bölməsinə bir neçə kolleksiya əlavə olunub:
Missing Link Community Charms — 23 yeni brelok;
Dr. Boom Charms — 22 brelok;
2025 Community Stickers — 29 stiker;
Sugarface 2 Stickers — 9 stiker.
Eyni zamanda, Gallery Case, Graphic Collection və Character Craft silinib.
Gameplay dəyişiklikləri
İndi C4 partlayışından ölüm nəticələr cədvəlinə əlavə olunur.
Deathmatch rejimində Zeus-x27 seriyalı öldürmələr üçün bonus məhdudlaşdırılıb.
Snayper tüfənglərində nişangah xətləri ilə bağlı səhvlər aradan qaldırılıb.
Əsas yenilik: snayper nişangahında indi dəqiqlik göstəricisi (güllələrin yayılması) görünür.
Kiçik detal: silaha taxılan breloklar oyunçu ucadan qaçanda yüngülcə yellənir.
İzləmə rejimi
Seçilmiş mapiərdə yeni kameralar əlavə olunub — onlar oyunçular arasında qısa trayektoriyalarla keçid edir.
İzlənilən oyunçunun inventarı indi matç bitdikdən sonra avtomatik bağlanır və silahlarla yanaşı əlcəyin zədələnmə dərəcəsi və patterni də göstərilir.
Mappul dəyişiklikləri
İstisna olunan maplər: Jura, Grail, Dogtown, Brewery.
Əlavə olunanlar:
Competitive, Casual, Deathmatch: Palacio, Golden;
Wingman: Rooftop, Transit.
Ancient və Shoots xəritələrində clipping problemləri düzəldilib.
Texniki dəyişikliklər
MAC-10 və R8 Revolver üçün skin görünüşü təkmilləşdirilib.
Güllə effektlərinin çatışmazlığından yaranan səhvlər düzəldilib.
Hammer alətində xəritə yaradıcıları üçün lattice və bend deformators əlavə olunub.
Nigar Məmmədova — az-esports.com kibersport xəbər saytının jurnalisti və redaktorudur. Videooyunlar, turnirlər və kibersport sənayesi ilə bağlı xəbərlərə ixtisaslaşıb, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə. Geymer mədəniyyəti və müasir rəqəmsal trendlərlə maraqlanır. Kibersportun yeni nəsillərin gələcəyi olduğuna inanır.