Counter-Strike 2-nin son yeniləməsi oyun performansına həm müsbət, həm də mənfi təsir göstərib — orta FPS artıb, lakin kadr sabitliyi bir qədər zəifləyib.
Dataminer Thour tərəfindən aparılan müqayisəli analizə əsasən, yeniləmədən sonra orta FPS göstəricisi 824-dən 831,4-ə yüksəlib. Bu, sistemin ümumi performansında kiçik, lakin nəzərəçarpan artım deməkdir.
Lakin 1% Low FPS göstəricisi — yəni minimum kadr tezliyi — 299,3-dən 290,3 FPS-ə düşüb. Bu, gərgin oyun anlarında və çoxsaylı obyektlərin ekranda olduğu situasiyalarda sabitliyin bir qədər azalması anlamına gəlir.
Ekspertlər qeyd edirlər ki, bu dəyişikliklər ümumi optimallaşdırma hesabına əldə olunub, lakin ən tələbkar anlarda sabitlikdə kiçik itkilər müşahidə edilə bilər.