Esports Charts portalı League of Legends üzrə Dünya Çempionatı — Worlds 2025 turnirinin yenilənmiş izlənmə statistikasını təqdim edib.
Turnirin ən populyar qarşılaşması T1 və KT Rolster komandaları arasında baş tutan final matçı olub. Turnirin çoxqat qalibi T1 bütün mərhələlərdən — o cümlədən Play-In mərhələsindən keçərək çempion titulu qazanıb.
Komandanın lideri Li “Faker” San Hyok karyerasında altıncı dəfə dünya çempionu adını qazanıb və ardıcıl üç çempionluq əldə edən ilk oyunçulardan biri olub.

Rekord izlənmə
Final qarşılaşmasını pik anında 6,7 milyon izləyici eyni anda izləyib. Ən çox baxış Cənubi Koreyadan qeydə alınıb. Statistikaya Çin platformaları daxil edilməyib, yəni real göstəricilər daha yüksək ola bilər.
Worlds 2025 14 oktyabr – 9 noyabr tarixlərində Çinin müxtəlif şəhərlərində LAN formatında keçirilib. Turnirdə 17 komanda, o cümlədən T1, Gen.G Esports, G2 Esports, PSG Talon və digər kollektivlər iştirak edib. Ümumi mükafat fondu 5 milyon ABŞ dolları təşkil edib.