StarLadder Budapest Major 2025 başlamasına bir həftə qalmış, Pick’Ems proqnozlarında iştirakçı sayı üzrə yeni rekord qeydə alınıb.
Turnirin proqnoz bölməsində 20 mindən çox insan iştirak edib — bu, Counter-Strike 2 turnirləri üçün son illərin ən yüksək göstəricisidir. Bu barədə CYBERSHOKE kibersport təşkilatının sahibi və strimer Erik “shoke” Şokov öz Telegram kanalında məlumat verib:
“Pick’Ems-də artıq 20 000 nəfər iştirak edir, halbuki turnirin startına hələ 7 gün qalıb. Bu, bütün zamanların ən böyük marağıdır. Əvvəlki rekordumuz Austin Major-da 62 000 idi, amma bu dəfə 80 000+ olacağını proqnozlaşdırıram. Hazır olun — strimerlər üçün yeni onlayn rekordlar gəlir.”

StarLadder Budapest Major 2025 24 noyabr – 14 dekabr 2025 tarixlərində keçiriləcək və təxminən üç həftə davam edəcək. Turnirdə 32 komanda 1 milyon 250 min ABŞ dolları məbləğində mükafat fondu və əsas kubok uğrunda mübarizə aparacaq.