Worlds 2025: League of Legends üzrə kiberidman dünya çempionatının statistika, nəticələr və MVP göstəriciləri

by Nigar Məmmədova
0 comments

Çində keçirilən ilin əsas turniri koreyalı T1 komandasını və onun ən yaxşı oyunçusu Faker-i əlçatmaz zirvəyə qaldırdı. Bu materialda 1xBet Azərbaycan kiberidman ekspertləri Worlds 2025 haqqında ən maraqlı məqamları təqdim edəcək

Qrup mərhələsi

Riot Games mövsümün həlledici turnirinə — Worlds2025-ə — ən güclü League of Legends komandalarını dəvət etmək mexanizmini mükəmməl şəkildə işləyib hazırladı və nəticədə iştirakçı siyahısı maksimum dərəcədə güclü alındı. Beş əsas regional liqadan ən yaxşı üç komanda yarışın ilk hissəsinə vəsiqə qazandı, son — on altıncı — dəvət isə koreyalı T1 və çinli Invictus Gaming arasında oynanıldı.

Dünya çempionu statusuna baxmayaraq, T1 mövsümü çox uğursuz keçirdi və yekunda cəmi dördüncü yeri tutdu. Heyətlə bağlı aparılan eksperimentlərə görə komanda First Stand Tournament 2025-ə vəsiqə qazana bilmədi, Mid-Season Invitational 2025-də isə yalnız gümüş mediala kifayətləndi. Hətta Worlds 2025 başlamazdan əvvəl T1, 1xBet versiyasına görə qələbənin əsas favoritlərinin ilk üçlüyünə belə daxil deyildi.

Titula doğru ilk addım Invictus Gaming üzərində 3–1 hesablı inamlı qələbə oldu. Bu nəticə oyunçuların yaxşı formada olduğunu və T1-in ciddi iddiasını göstərdi. Lakin qrup mərhələsində koreyalılar yenidən fanatlar və ekspertlər tərəfindən tənqid olundular. Komanda ilk qarşılaşmada FlyQuest üzərində qələbə qazandı, lakin ardınca dünyanın ən zəif liqalarından biri olan LCP nümayəndəsi CTBC Flying Oyster-ə uduzdu. 

Komandanın növbəti rəqibləri həmvətənləri Gen.GEsports oldu – LCK çempionları və Mid-Season Invitational 2025, həmçinin Esports World Cup 2025-in qalibləri. Turnirin əsas favoritləri T1-ə qalib gəldi və bununla da Faker və komandasını çətin vəziyyətə saldı– növbəti məğlubiyyət komandanın pley-off mərhələsinə belə çıxa bilmədən turnirdən kənarlaşması ilə nəticələnəcəkdi. Elə bu mərhələdə koreyalılara şans üz verdi: son iki oyunda onlara ən güclü rəqiblər düşmədi – Amerika liqası LTA təmsilçisi 100 Thieves və Avropa liqası LEC komandası KOI

Pley-off

T1, Worlds 2025-in qrup mərhələsinin son oyununda pley-off vəsiqəsini təmin edə bildi və bu da fanatlar tərəfindən yeni bir tənqid dalğasına səbəb oldu. Bunun fonunda turnirin favoritlərindən hesab olunan və doğma azərkeşlərin dəstəyinə arxalanan BilibiliGaming isə ümumiyyətlə pley-offa çıxa bilmədi. 

Dörddəbir finalda T1 qrup mərhələsini 3:0 hesabı ilə bitirən Çin komandası Anyone’s Legend ilə qarşılaşdı. Proqnozların əksəriyyəti çinlilərin xeyrinə olsa da, 2:1 hesabı ilə irəlidə olduqları halda son iki qarşılaşmada məğlub oldular və turniri tərk etdilər. Matçın ən yaxşı oyunçusu isə sapport Keria seçildi. Növbəti mərhələdə T1 rəqib baxımından şanslı idi: Top Esports güclü, lakin qeyri–fövqəladə komanda sayılırdı və son böyük turnir qələbələrini hələ 2020-ci ildə qazanmışdılar. Bu görüş T1-in xeyrinə quru 3:0 hesabı ilə başa çatdı, matçın ən yaxşı oyunçusu isə əfsanəvi mid-laner Faker oldu.

Qrand-finalda T1-i həmyerliləri KT Rolster gözləyirdi — LCK 2025 mövsümünü cəmi üçüncü yerdə başa vuran komanda. Dörddəbir finalda onlar CTBC Flying Oyster-i asanlıqla 3:0 hesabı ilə məğlub etmiş, yarımfinalda isə turnirin əsas favoritləri olan Gen.G Esports ilə xüsusi çətinlik çəkmədən bacarmışdılar — Gen.G, Hanwha Life ilə prinsipial qarşıdurmadan sonra xeyli zəifləmış vəziyyətdə idi. Əgər bu iki komandadan hər hansı biri finala yüksəlsəydi, T1-in titul qazanmaq şansı minimum olardı.

Lakin uğur bir daha T1-in üzünə güldü: iki əsas favorit bir-birilə çox tez qarşılaşdı və KT Rolster üstəlik həmin duelın qalibini də turnirdən kənarlaşdırdı. Qrand-final Worlds 2025-in əsl bəzəyinə çevrildi. T1 ilk qarşılaşmanı qazandı, lakin növbəti iki oyunu uduzaraq start üstünlüyünü itirdi. KT Rolster klub tarixində ilk dəfə dünya çempionu tituluna bir qələbə qalmışkən, səhnəyə psixologiya çıxdı. Daha təcrübəli T1 oyunçuları böyük arenanın təzyiqi ilə çox daha yaxşı bacardılar və qarşıdurmanın axarını dəyişərək son iki qarşılaşmanı qazandılar. MVP titulu tam haqqı ilə bot-laner Gumayusiyə verildi — onun göstəriciləri: KDA 23/15/42, CSM 9.7, DPM 871 və WPM 2.24.

Nəticə

Bu qələbə sayəsində koreyalı T1 komandası bir sıra göstəricilərə görə dünyanın birincisi oldu: ən çox qazanılmış Worlds titulu (altı dəfə – 2013, 2015, 2016, 2023, 2024, 2025), ardıcıl ən uzun qalibiyyət seriyası (üç dəfə – 2023, 2024, 2025), ən çox qazanılmış mükafat məbləği (10 milyon dollardan çox) və digər bir çox oyun göstəriciləri üzrə tarixə düşdü.

T1-in uğurunun miqyasını ən yaxşı vurğulayan fakt ondan ibarətdir ki, hazırda fəaliyyət göstərən heç bir komanda bir dəfədən çox dünya çempionu olmayıb. Yalnız hazırda aktiv olmayan Samsung təşkilatı iki fərqli heyətlə iki dəfə titul qazana bilib — 2014 və 2017-ci illərdə.

T1-in uğurları əfsanəvi mid-laner Faker olmadan mümkün olmazdı. Bu il o, MVP seçilmədi, lakin komandanın qələbəsinə verdiyi töhfəni qiymətləndirmək mümkün deyil!

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın