Krafton studiyası PUBG: Battlegrounds oyununa əlavə ediləcək yeni Frost Zone Bomb (Dondurucu Zona Bombası) alətini təqdim etdi. Yeni bombanın oyuna əlavə edilməsi 39.2 yamasının çıxışı ilə eyni vaxta — PC platforması üçün 7 yanvar, konsollar üçün isə 15 yanvar tarixlərinə planlaşdırılıb.
Yeni bomba “Mavi Zona” (Blue Zone) qranatı kimi işləyəcək, lakin daha geniş təsir sahəsinə malik olacaq. Əsas xüsusiyyətləri:
- Təsir radiusu: 7,5 metr;
- Effekt: Oyunçulara “donma effekti” tətbiq edir;
- Zərər: Qısa müddət ərzində saniyədə təxminən 8 vahid zərər vurur.
Xatırladaq ki, daha əvvəl 39.2 yaması ilə birlikdə Erangel xəritəsinin tamamilə qış mövzusuna (Subzero) keçəcəyi anons edilmişdi.