Kiberidman təşkilatı Apeks yaxın müddətə VALORANT üzrə fəaliyyətini dayandırdığını açıqlayıb. Klub bu barədə rəsmi sosial şəbəkə hesablarında bəyanat yayıb.
Təşkilat VCT EMEA turnirindən ələndikdən və VALORANT Champions eləcə də Masters 2025 yarışlarına vəsiqə qazana bilmədikdən sonra səhnəni tərk edir.
Apeks-in bəyanatında deyilir:
“Nəticə etibarilə, biz əminik ki, gələcəkdə VCL üçün yenidən güclü heyət formalaşdıra bilərik, lakin mövcud sistem artıq bizə bu sahəyə investisiya yatırmağa səbəb olan ilkin şərtlərə uyğun gəlmir. Ümid edirik ki, gələcəkdə qayıdacağıq, amma hələlik vidalaşırıq.”
Klub 2023-cü ildən etibarən VALORANT səhnəsində çıxış edirdi. Komanda VCT Ascension EMEA 2024 turnirində qələbə qazanaraq VCT EMEA 2025-ə yüksəlmişdi, lakin uğursuz mövsümdən sonra liqanı tərk etmək məcburiyyətində qaldı.