Astralis komandası IEM Chengdu 2025 turnirinin qrup mərhələsində The MongolZ üzərində inamlı qələbə qazanıb. Qarşılaşma 2:0 hesabı ilə başa çatıb — Nuke (13:11) və Inferno (13:8).
Bu qələbə sayəsində Astralis artıq pley-off mərhələsinə vəsiqə qazanıb və növbəti oyunda A qrupunun liderliyi uğrunda mübarizə aparacaq. Komanda 5 noyabr, saat 12:30-da (Moskva vaxtı) Team Falcons – Team Spirit cütünün qalibi ilə qarşılaşacaq.
The MongolZ isə turnirdə çıxışını aşağı setkada davam etdirəcək və növbəti matçını 5 noyabr, 08:30-da, TYLOO – paiN Gaming görüşünün qalibi ilə keçirəcək.
IEM Chengdu 2025 turniri 3–9 noyabr tarixlərində Çin, Çendu şəhərində LAN formatında keçirilir. Yarışda 16 komanda iştirak edir, ümumi mükafat fondu 300 min ABŞ dollarıdır.