Barca Esports İspaniyanın LOL Superliqasında çempion oldu

by Nigar Məmmədova
0 comments

“Barselona” futbol klubunun kibersport komandası Barca Esports 2025-ci ilin yaz mövsümündə keçirilən LVP Superliga turnirində League of Legends üzrə qalib olub.

Play-off mərhələsində əzmkar dönüş

Turnirdə aşağı setkadan gələrək bütün rəqiblərini məğlub edən Barca Esports, GiantX Pride kollektivini finalda 3:1 hesabı ilə yenərək çempionluğunu rəsmiləşdirib.

Komandanın uğurunda aşağıdakı oyunçular əsas rol oynayıb:

  • Mattias “WhiteKnight” Sormunen (Finlandiya)
  • Francisco “Thayger” Mazo (İspaniya)
  • Pawel “Czekolad” Szczepanik (Polşa)
  • Sergio Vicente “Legolas” Gispert (İspaniya)
  • Alexandru “whiteinn” Colţovari (Rumıniya)

Turnirin ümumi mənzərəsi

LVP Superliga 2025 Spring turniri 8 aprel – 30 iyun tarixlərində keçirilib. Yarışda EMEA Masters Spring 2025 turnirinə üç vəsiqə uğrunda mübarizə aparılıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın