Turnir operatoru BLAST, Bounty seriyasına aid turnirlərin formatında dəyişikliklər etdiyini açıqlayıb. Bu barədə məlumat rəsmi vebsaytda dərc olunub.
Yeni qaydalara əsasən, turnir başladıqdan sonra komandaların toxum (posiv) sıralaması dəyişməyəcək. Əvvəllər isə aşağı toxumlu komanda yüksək toxumlu rəqibini məğlub edərdisə, onun yerini tuta bilirdi.
Yenilənmiş qaydalara görə:
- Komanda rəqibə çağırış etdikdə, qoyduğu məbləğ dərhal öz bankına əlavə olunur, artıq Bounty fonduna daxil edilmir.
- Mərc məbləğləri eyni olmaq məcburiyyətində deyil — aşağı toxumlu komanda məbləği ilk olaraq təklif edəcək.
- Qazanılmış məbləğlər birbaşa komandanın bankına yazılacaq və Bounty məbləğini artırmayacaq.
- Hər qələbə üçün, komandanın Bounty fondundan $2500 bankına köçürüləcək.
- Əgər komandanın ümumi Bounty məbləği $2500-dən azdırsa, bu halda o, qələbə ilə həmin tam məbləği əldə edəcək.
Bu dəyişikliklər 5–10 avqust tarixlərində onlayn, 14–17 avqust tarixlərində isə Maltada LAN formatında keçiriləcək BLAST Bounty Season 2 turnirindən etibarən qüvvəyə minəcək.