10
“BLAST Open Rotterdam” turnirinin növbəti günü kiberidman həvəskarları üçün gözlənilməz və şok edici nəticələrlə yekunlaşıb. Favorit hesab olunan bir neçə köklü klubun mübarizəni dayandırması günün əsas mövzusuna çevrilib.
Artıq pley-off mərhələsinə vəsiqə qazanan və turnirdən kənarlaşan komandaların adları məlumdur:
- Pley-offa yüksəldilər: PARIVISION və Vitality
- Turniri tərk etdilər: MOUZ və NIP (Ninjas in Pyjamas)
Günün bütün nəticələri:
- Liquid 2:1 NIP: Gərgin keçən qarşılaşmada “Liquid” rəqibini üstələyərək NIP-i turnirdən kənarlaşdırıb.
- 9z 2:1 MOUZ: Günün bəlkə də ən böyük sürprizi bu matçda qeydə alınıb. “9z” komandası güclü MOUZ kollektivinə qalib gələrək onları evə göndərib.
- PARIVISION 2:0 Spirit: PARIVISION “Spirit” üzərində inamlı qələbə qazanaraq pley-off vəsiqəsini rəsmiləşdirib.
- Vitality 2:0 The Mongolz: “Vitality” Monqolustan təmsilçisinə şans verməyərək seriyanı təmiz qələbə ilə başa vurub.