BLAST.tv Austin Major 2025, ABŞ-da ilin ən populyar kiberidman hadisəsi oldu

by Nigar Məmmədova
0 comments

Esports Charts analitik şirkəti 2025-ci ildə ABŞ-da keçirilən ən populyar 5 kiberidman turnirinin siyahısını dərc edib. Əsas statistik göstəricilər:

  • Pik izləyici sayı: Counter-Strike 2 üzrə keçirilən BLAST.tv Austin Major 2025 turniri pik nöqtədə 1,78 milyon izləyici toplayaraq birinci yeri tutub.
  • İkinci yer: Siyahının ikinci pilləsində də CS2 turniri olan IEM Dallas 2025 qərarlaşıb.
  • Digər janrlar: İlk beşliyə həmçinin Clash Royale, FortniteValorant üzrə yarışlar daxil olub.
  • İzləmə saatları: Austin Major həmçinin 76,1 milyon saatlıq izləmə müddəti ilə bu göstəricidə də liderdir.
  • VRL və VCT təsiri: IEM Dallas 2025 izləmə saatlarına görə üçüncü yerə düşüb, reytinqin qalan hissəsini isə Amerikanın VCT liqası çərçivəsindəki turnirlər tutub.
BLAST.tv

Ən populyar təşkilat: FaZe Clan 2025-ci ildə Amerikanın ən populyar kiberidman təşkilatı statusunu qoruyub saxlayıb. Klubun müxtəlif disiplinlər üzrə komandaları il ərzində ümumilikdə 82,5 milyon saatlıq izləmə rekordu qırıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın