CS2 üzrə BLAST.tv Austin Major 2025 turnirində qrup mərhələsinin üçüncü raundunun iştirakçı cütləri müəyyənləşib. Gərgin qarşılaşmalarda pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Pley-off uğrunda əsas qarşılaşmalar:
- Team Spirit — Natus Vincere
 - Virtus.pro — FURIA Esports
 
Bu görüşlərin qalibləri turnirin növbəti mərhələsinə vəsiqə qazanacaqlar.
Turnirdən kənarlaşma oyunları:
- MOUZ — Team Liquid
 - paiN Gaming — Nemiga Gaming
 
Bu matçlarda uduzan komandalar turniri tərk edəcək.
Digər qarşılaşmalar:
- Aurora Gaming — G2 Esports
 - Legacy — FaZe Clan
 - Team 3DMAX — Team Vitality
 - The Mongolz — Lynn Vision Gaming
 
BLAST.tv Austin Major 2025 turniri 1,25 milyon dollarlıq mükafat fondu ilə keçirilir. Üçüncü mərhələnin ilk oyunları bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.