BLAST.tv Austin Major 2025-də The MongolZ kiberidman komandasından nə gözləmək olar?

by Nigar Məmmədova
0 comments

2025-ci ildə Counter-Strike 2 üzrə ilk meycor turnirinin startına cəmi bir neçə gün qalıb – Texasda keçiriləcək bu turnirdə Asiyanın ən güclü kollektivinin şanslarını dəyərləndirməyin tam zamanıdır.

BLAST.tv Austin Meycor 2025 üçün dəvətlər göndərilən tarixdə (7 aprel 2025-ci il) The MongolZ komandası Valve-in qlobal reytinqində dördüncü, Asiya komandaları arasında isə birinci yerdə qərarlaşmışdı. Bu mövqe onlara turnirə birbaşa ən son – üçüncü mərhələdən başlamağa imkan verən elit top8-lik sırasına daxil olmağa şərait yaratdı.

Əgər gözlənilməz nəticələr baş verməzsə, pley-off mərhələsində aşağıdakı səkkiz top komanda iştirak edəcək: Vitality, MOUZ, Spirit, Aurora, NAVI, G2, Liquid və The MongolZ. İndi isə rəqiblərin güc sırasına görə artan ardıcıllıqla The MongolZ-un bu komandaların hər birinə qarşı şanslarını təhlil etməyə çalışaq (əlavə bonus olaraq Falcons komandasına qarşı şanslarını da nəzərdən keçirəcəyik).

G2

Dəvətlərin göndərilməsi vaxtından etibarən G2 nüfuzlu snayperiİlya “m0NESY” Osipov itirdi və bununla da meycor turnirində qalib gəlmək ehtimallarını tamamilə itirdi. Əgər ümumiyyətlə pley-off mərhələsinə yüksələ bilsələr, The MongolZ üçün asan hədəfə çevriləcəklər

Aurora

The MongolZ kimi, bu komanda da 1xBet-in rəsmi tərəfdaşıdır. Komandalar indiyədək yeddi dəfə qarşılaşıb və bu oyunların dördündə monqollar qalib gəlib. Sonuncu duel isə PGL Astana 2025 turnirində baş tutub və Aurora komandasının qələbəsi ilə yekunlaşıb. Bu səbəbdən The MongolZ-in həmin məğlubiyyətin əvəzini çıxmaq istəməsi şübhəsizdir.

Liquid

Son zamanlar Liquid böyük uğurlar nümayiş etdirmir və onların yeqənə üstünlüyü yerli azarkeşlərin dəstəyidir. Lakin digər yerli komanda olan NRG-dən fərqli olaraq, bu təşkilatın heyətində bir nəfər də olsun amerikalı oyunçu yoxdur. Buna görə də, evdə oynamaq üstünlüyü belə şərti xarakter daşıya bilər.

NAVI

Əfsanəvi NAVI-ni hesabdan çıxarmaq olmaz — axı PGL Major Copenhagen 2024 turnirini məhz onlardan heç nə gözlənilmədiyi anda qazanmışdılar. Lakin bu mövsüm komanda heç bir grand-finala yüksələ bilməyib və meycor turnirində uğursuzluqla yanaşı, heyətdə qaçılmaz dəyişikliklər baş verəcək. Bunu oyunçular da yaxşı anlayır, bu isə onların üzərində ciddi psixoloji təzyiq yaradacaq və nəticədə bu gərginlik onlar üçün mənfi rol oynaya bilər.

MOUZ

«Siçanlar» Valve reytinqində ikinci yerdə qərarlaşıblar, lakin 1xBet analitiklərinin fikrincə, onları yalnız dördüncü real çempion namizədləri hesab etmək olar. Hazırda komanda da qalib instinkti yoxdur: təkcə bu il MOUZ Vitality ilə üç final qarşılaşmasının hamısında məğlub olub.

Spirit

Lider üçlüyünü dünyanın ən perspektivli gənc oyunçusu Danil “donk”  Kryshkovets-in çıxış etdiyi «Əjdahalar» açır. Komanda hazırki dünya çempionudur və Perfect World Shanghai Meycor 2024 turnirinin qalibi olub. Şübhəsiz ki, onlar statusunu qorumaq istəyəcəklər.

Falcons

«Şahinlər» ilk meycor qələbələrinə doğru dayanmadan irəliləyirlər və bu məqsədlə əsl ulduzlardan ibarət heyət formalaşdırıblar – komandada Nikola”NiKo” Kovac və Ilya “m0NESY” Osipov kimi adlar yer alır. Son vaxtlar Falcons əla formadadılar və bu səviyyə Vitality ilə müqayisə oluna bilər. Buna görə də, The MongolZ üçün pley-off-un erkən mərhələsində onlarla qarşılaşmaq daha məqsədə uyğun olardı.

Vitality

Dünyanın ən güclü komandası meycor turnirinə ardıcıl 30 qələbəlik seriya ilə gəlir! Heyətin əsas oyunçuları – snayper Mathieu “ZywOo” Herbaut, rifler Robin “ropz” Kool və kapitan Dan “apEX” Madesclaire – hazırda ideal formadadır və ikinci meycor titullarını qazanmağa can atırlar. Moody Center-in əsas arenasında onlara qarşı oynamaq son dərəcə çətin, amma bir o qədər də nüfuzlu olacaq.The MongolZ BLAST.tv Austin Major 2025 turnirində üçüncü mərhələni uğurla keçərək pley-offa çıxmalıdır. Bu mərhələdə əsas təhlükə Falcons, Spirit və MOUZ komandaları olacaq, digərləri isə onlara qarşı kifayət qədər keçiləndir. Əgər asiyalı kollektiv grand finala qədər irəliləyə bilsə, onları orada çox güman ki, final bos – Vitality gözləyəcək. Şəxsi görüşlərin statistikasına baxmayaraq, The MongolZ fransızları məğlub edib komanda və region tarixində ilk meycor titulunu qazana bilər! Bunun üçün onlara bir az şans və daha çox öz güclərinə inam lazımdır – məhz bunu da onlara 1xBet arzulayır – kiberidman üzrə ən yaxşı mərc platforması!

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın