22
Çində keçirilən LPL 2025 Split 2 turnirində pley-off mərhələsinin ilk BO5 oyunlarından sonra “Ninjas in Pyjamas” (NIP) komandası mübarizəni dayandırıb. Bununla da komanda MSI 2025 və Esports World Cup 2025 turnirlərində iştirak hüququ qazanmadı.
Knight Rivals mərhələsinin nəticələri
Knight Rivals mərhələsində keçirilən BO5 formatlı qarşılaşmaların nəticələrinə əsasən, dörd komanda turnirlə vidalaşıb:
- Ninjas in Pyjamas – 2:3 FunPlus Phoenix
- LGD Gaming – 1:3 Team WE
- EDward Gaming – 0:3 Invictus Gaming
- ThunderTalk Gaming – 0:3 Weibo Gaming
Pley-off mərhələsinin ilk oyunları
Pley-offun ilk oyunları artıq təsdiqlənib. Qarşılaşmalar aşağıdakı kimidir:
31 may
- 09:00 – TOP Esports vs FunPlus Phoenix
- 12:00 – Invictus Gaming vs Bilibili Gaming
1 iyun
- 09:00 – Anyone’s Legends vs Team WE
- 12:00 – JDG vs Weibo Gaming
Turnir formatı və mükafat fondu
Turnirin pley-off mərhələsi double-elimination (ikili eliminasiya) formatında Pekindəki Beijing JD Intel Arena stadionunda keçiriləcək.
- Turnirin müddəti: 22 mart – 14 iyun
- Ümumi mükafat fondu: 2,5 milyon Çin yuanı
- İlk iki yerin sahibləri MSI 2025 (Vankuver, Kanada) və Esports World Cup 2025 (Ər-Riyad, Səudiyyə Ərəbistanı) turnirlərinə vəsiqə qazanacaqlar.