CS2 üzrə Texas meycorunda artıq təkcə pley-off iştirakçıları deyil, həm də 1/4 final cütlükləri məlumdur. Hər bir komandanın titul şanslarını analiz etməyin vaxtıdır.
Pley-offa kimlər vəsiqə qazandı
Meycor turnirinin final mərhələsində ən böyük sürpriz Team Falcons-un iştirak etməməsi oldu. Bu top komanda turnirin ikinci mərhələsindən keçə bilmədi, baxmayaraq ki, ekspertlər onları titulun əsas üç namizədindən biri hesab edirdi.
İkinci sürprizi isə az qala braziliyalı Legacy komandası yaradacaqdı – onlar turnirdə son anda Bestia-nı əvəz etdilər. Komanda ilk iki mərhələni uğurla keçdi və üçüncü mərhələyə məhz Vitality üzərində alçaldıcı 13:3 hesablı qələbə ilə başladı. Lakin həlledici beşinci qarşılaşmada Legacy finaldakı yerini MOUZ komandasına verməli oldu.
Nəticədə pley-off mərhələsinə turnirə ikinci mərhələdən başlayan iki komanda – FURIA və paiN Gaming, həmçinin üçüncü mərhələdən gələn altı komanda – Team Spirit, FaZe Clan, NAVI, Team Vitality, The MongolZ və MOUZ keçdi.
Dörddəbir finala proqnoz
Dörddəbir final cütlükləri üçüncü mərhələnin nəticələrinə əsasən müəyyən edilib. 1xBet Azərbaycan-ın kiberidman analitikləri isə hər qarşılaşmanın nəticəsinə dair öz proqnozlarını təqdim edirlər.
- Spirit – MOUZ (predikt 2-0)
Hazırkı formada komandaların göstərdiyi nəticələrə əsaslansaq, «Əjdahaların» «Sıçanlar» üzərində asanlıqla qələbə qazanacağı gözlənilir. Team Spirit üçüncü mərhələni inamla, 3:0 hesabı ilə başa vurdu, komandanın əsas ulduzu Danil “donk” Krişkovets isə 1.54 reytinqlə mərhələnin ikinci ən yaxşı oyunçusu oldu. MOUZ isə pley-offa son anda və yalnız autsayder Legacy üzərində çətinliklə qazanılmış qələbə ilə vəsiqə əldə etdi.
- FURIA – paiN (predikt 2-1)
Sonuncu dəfə iki braziliya komandası eyni anda meycor turnirin final mərhələsinə hələ 2017-ci ildə yüksəlmişdi. Təəssüf ki, bu dəfə onlardan biri artıq ilk oyundan sonra turnirlə vidalaşmalı olacaq. FURIA və paiN bir-birini lokal səhnədən çox yaxşı tanıyır – ehtimal olunur ki, hər biri bir xəritə qazanacaq, həlledici oyunda isə üstünlük FURIA-nın tərəfində olacaq. Onlara bu yolda kömək edəcək yeganə debütant isə – pley-offa yüksəlmiş qazax oyunçu Danil “molodoy” Qolubenko olacaq, hansıki üçüncü mərhələdə 1.36 kimi ulduz reytinqi ilə çıxış etdi.
- NAVI – Vitality (predikt 1-2)
Əgər NAVI turnirin açıq-aşkar favoritləri olan Vitality-dən heç olmasa bir xəritə ala bilsə – bunu möcüzə adlandırmaq olar. Amma əgər onlar bütün matçı udub yarımfinala yüksəlsələr – bu, ilin ən böyük sensasiyası olacaq. Nəzəri qələbə NAVI-ni Team Spirit-lə qarşılaşdırar, amma ard-arda iki möcüzə artıq fantastika sahəsinə aiddir. Və «Qələbə üçün doğulmuşlar»a inanmaq istəyi nə qədər güclü olsa da, ən real ssenari – Vitality-nin qələbəsidir.
- FaZe Clan – The MongolZ (predikt 2-1)
Bu, mütləq şəkildə rekord izlənmə toplayacaq ən maraqlı 1/4 final qarşılaşmalarından biridir. Aleksandr “s1mple” Kostılyevin FaZe Clan-a keçidindən sonra komanda ruh yüksəkliyi qazandı və nəhayət, qalibiyyət ab-havasını tutdu. Məşhur snayper üçüncü mərhələnin ən yaxşı beş oyunçusu sırasında yer aldı – reytinqi 1.35 oldu və şübhəsiz ki, ikinci meycor titulunu qazanmağı arzulayır.Amma bu pley-off The MongolZ üçün də böyük əhəmiyyət daşıyır. Onların titul sponsoru beynəlxalq brend 1xBet-dir. Üçüncü mərhələnin həlledici oyununda monqollar G2 üzərində qələbə qazandılar, Azbayar “Senzu” Munkhbold isə bir xəritədə 56 frags ilə “NiKo”nun onillik rekordunu qırdı. Bu turnirdə FaZe Clan artıq The MongolZ komandasını məğlub edib, bu da onlara psixoloji üstünlük verə bilər. Eyni zamanda, heyətdə əfsanəvi “s1mple”in olması da onların xeyrinə bir amildir.
Növbəti nədir
Əgər 1/4 final qarşılaşmaları proqnozlaşdırdığımız kimi başa çatsa, ilk yarımfinalda Vitality ilə Spirit, ikinci yarımfinalda isə FaZe Clan və FURIA qarşılaşacaq. Böyük ehtimalla birinci matçın qalibi turnirin çempionu olacaq, ikinci yarımfinalda isə FaZe Clan FURIA-nı məğlub etməyə borcludur.Beləliklə, bizim əsas favorit üçlüyümüz belə görünür: Vitality, Spirit və FaZe.
BLAST.tv Austin Major 2025 turnirinin final mərhələsi artıq 19 iyunda başlayır və 22-dən 23-ünə keçən gecə möhtəşəm qrand final ilə başa çatacaq – Counter-Strike 2 dünyasının bu möhtəşəm hadisəsini qaçırma!