Overwatch oyunçuları personajların illər keçdikcə daha seksual görünməsi tendensiyasını müşahidə etməyə başlayıblar. 2026-cı il mövsümündə peyda olacaq bir çox yeni qəhrəman ənənəvi gözəllik standartlarına cavab verir — onlar adətən hündürboy, incə və formada olan personajlardır.
“GameSpot” nəşri Overwatch-un baş prodüseri Kenni Hadsona qəhrəmanların niyə daha cəlbedici olması və bunun Blizzard-ın şüurlı qərarı olub-olmaması barədə sual ünvanlayıb. Tərtibatçılar iddia edirlər ki, bu, sadəcə “fanservis” vasitəsilə diqqət çəkmək cəhdi deyil. Hadson izah edib ki, qəhrəmanlar yaradılarkən onların unikal olması hədəflənsə də, eyni zamanda müvafiq texniki bazanın — proporsiya, boy və miqyasın təmin edilməsi vacibdir. Bu, həm kosmetik əşyaların yaradılması və gələcək dəstək üçün, həm də texniki maneələrin aradan qaldırılması üçün lazımdır.
Onun sözlərinə görə, müəyyən proporsiyalar tərtibat prosesini asanlaşdırır:
- Daha uzun ətraflar, daha uzun ayaqlar və daha böyük gövdə işi həqiqətən asanlaşdırır.
- Bu faktorlar rəssamlara modellərin üzərinə yeni həndəsi strukturlar əlavə etməkdə kömək edir.
- Məhz bu texniki səbəblərə görə personajların görünüşündə bu cür dəyişikliklər baş verir.