Blizzard OWCS 2026 üçün tərəfdaş komandaları açıqladı

by Nigar Məmmədova
0 comments

Blizzard şirkəti növbəti il üçün Overwatch Champion Series (OWCS) liqasının tərəfdaş təşkilatlarını açıqlayıb.

Şimali Amerikada tərəfdaşlıq proqramında Team Liquid və Spacestation Gaming qalır. Bu regionda həmçinin Disguised və Dallas Fuel də rəsmi tərəfdaş statusu əldə ediblər.

EMEA bölgəsində üç klub OWCS tərəfdaşı olacaq — Twisted Minds, Team Peps və vp. Asiya regionunda isə, Şimali Amerikada olduğu kimi, dörd tərəfdaş komanda seçilib: Team Falcons, Crazy Raccoon, T1 və ZETA DIVISION.

Blizzard Entertainment hələlik Çindən hansı komandanın tərəfdaşlıq proqramına qoşulacağını açıqlamayıb. Bu statusu Weibo Gaming və Team CC kimi, 2025 World Finals-da çıxış edən klublar qazana bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın