Borderlands 4-də Açıq Dünya Olmayacaq

by Nigar Məmmədova
0 comments

Populyar Borderlands seriyasının dördüncü hissəsi üzərində işlər davam edir və pərəstişkarlar yeni lüter-şuter oyununun çıxışını səbirsizliklə gözləyir. İlk treyler, oyunda yeni xüsusiyyətlər və geniş miqyaslı tədqiqat imkanlarını nümayiş etdirib. Lakin bu, tam olaraq açıq dünya oyunu olmayacaq.

Gearbox Software-in həmtəsisçisi Rendi Pitçford, Borderlands 4 haqqında danışarkən “açıq dünya” terminini oyunun təsvirində istifadə etməyin düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu termin oyuna uyğun gəlməyən assosiasiyalar yaradır.

Pitçford, Borderlands 4-ün açıq dünya oyunlarından hansı xüsusiyyətlərdə fərqləndiyini tam açıqlamasa da, sərbəst tədqiqat və müəyyən edilmiş oyun məqamları arasında dəqiq bir xətt çəkildiyini qeyd edib.

Buna baxmayaraq, Borderlands 4 seriyanın ən genişmiqyaslı oyunu olacağı vəd edilir. Oyunçular, yükləmə ekranları olmadan istənilən əraziləri sərbəst tədqiq edə biləcəklər. Lakin hər bir ərazi daha strukturlaşdırılmış və hadisələrlə dolu olacaq, beləliklə, böyük və mənasız dünya daxilində boş gəzməkdən qaçınılacaq.

Oyunun 2025-ci ildə buraxılması planlaşdırılır, lakin dəqiq çıxış tarixi hələlik açıqlanmayıb. Borderlands 4, PC, PlayStation 5Xbox Series X/S platformalarında təqdim ediləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın