PUBG oyununun yaradıcısı Brendan Qrin, Artemis adlanan və 15 ilə başa çatacağı gözlənilən metakainat layihəsi ilə bağlı planlarını açıqlayıb. Bu iddialı platforma, istifadəçilərə öz dünyalarını yaratmaq və bölüşmək imkanı verəcək.
Qrin metakainat anlayışına skeptik yanaşsa da, məqsədi internetə bənzər bir platforma yaratmaqdır. Artemis, 3D internet kimi təsvir olunur, burada hər bir dünya HTTP protokolu ilə işləyən veb-səhifələrə bənzər şəkildə bir protokola əsaslanacaq. Ancaq konsepsiya və onun necə həyata keçiriləcəyi hələ tam açıqlanmayıb.
Bu platformada istifadəçilərin nələri yarada biləcəyi, məzmunun necə idarə olunacağı və müəllif hüquqlarının pozulmasının qarşısının necə alınacağı sual olaraq qalır. Qrin, layihənin uğurlu olacağına inansa da, Artemis-in mövcud platformalardan – məsələn, Roblox və ya Fortnite-dan necə fərqlənəcəyini açıqlamayıb. O cümlədən, layihənin digər innovativ platformalardan, məsələn, Build A Rocket Boy-un Everywhere layihəsindən üstünlüyü də hələlik naməlumdur.
Qrin iddia edir ki, Artemis göründüyü qədər fantastik deyil və gələcəyin texnologiyalarına töhfə verəcək.