Call of Duty: Black Ops 7 treyleri təqdim olundu – oyunun həcmi 116 GB olacaq

by Nigar Məmmədova
0 comments

Activision hərbi şuter janrında hazırladığı Call of Duty: Black Ops 7 oyununun buraxılış treylerini təqdim edib.

Oyun 14 noyabr 2025-ci ildə PC, PlayStation 4/5, Xbox One və Xbox Series X/S platformalarında çıxacaq. Layihə həmçinin Xbox Game Pass Ultimate abunəsinə də daxil olacaq.

Tərtibatçılar yeddinci hissənin miqyasının əvvəlkilərdən daha geniş olduğunu vurğulayıb və əsas xüsusiyyətlər kimi kooperativ kampaniya, 18 onlayn xəritə, zombi rejimi və PC versiyası üçün qrafik təkmilləşdirmələri qeyd ediblər.

PlayStation 4/5 üçün öncədən yükləmə 9 noyabrda başlayacaq. Rəqəmsal nüsxələrdə son yeniləmələr əvvəlcədən quraşdırılacaq, kampaniya, zombi və multiplayer rejimləri üçün apdeytlər isə 10 və 17 noyabrda yayımlanacaq. Disk versiyasına sahib oyunçular bu yeniləmələri ayrıca yükləməli olacaqlar.

Minimum sistem tələbləri (PC)

  • Əməliyyat sistemi: Windows 10 64-bit
  • Prosessor: AMD Ryzen 5 1400 və ya Intel Core i5-6600
  • Operativ yaddaş: 8 GB
  • Videokart: AMD Radeon RX 470, NVIDIA GeForce GTX 970/1060 və ya Intel Arc A580
  • Videoyaddaş: 3 GB
  • Diskdə yer: 116 GB boş sahə (SSD tələb olunur)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın