Dota 2-də oyunçu aktivliyi yenidən azalıb – göstəricilər avqust səviyyəsinə düşüb

by Nigar Məmmədova
0 comments

Steam Charts portalı Dota 2 oyunundakı oktyabr ayına aid onlayn statistikanı açıqlayıb.

Məlumata görə, orta aylıq aktiv oyunçu sayı 539 min nəfərə enib, pik göstərici isə 859 min oyunçu olub. Bu nəticələr avqust ayındakı səviyyəyə – yəni The International 2025 (14) turnirindən əvvəlki göstəricilərə bərabərdir.

Oyunçuların marağının azalması çempionatın başa çatması və uzunmüddətli “Qvortero Möcüzələri” (Dikovinkah Kvorcero) tədbirinin davam etməsi ilə əlaqələndirilir. Bu tədbir 5 noyabr tarixinədək davam edəcək. Bununla belə, oktyabr ayı 2025-ci ilin ən zəif dövrü deyil – məsələn, aprel ayında orta aktivlik cəmi 393 min oyunçu səviyyəsində idi.

Xatırladaq ki, sentyabr 2025-də Dota 2-nin orta aylıq onlayn göstəricisi 579 min oyunçuya çataraq son illərin ən yüksək nəticəsini nümayiş etdirmişdi.

Bunlar da xoşunuza gələ bilər