CS2-də Yeni Klub: NPG “AM” Komandasının Nüvə Heyətini Satın Aldı

by Nigar Məmmədova
0 comments

“Nordic Network Ltd” şirkəti Maltada CS2 üzrə yeni kiberidman layihəsi olan Nordic Partners Gaming (NPG) brendinin işə salındığını rəsmən elan edib. Təşkilatın ilk addımı VRS dünya reytinqində 79-cu yeri tutan “AM” komandasının əsas (nüvə) heyətini satın almaq olub.

“AM” kollektivindən yeni kluba üç kiberidmançı keçib: Maks “Marix” Kuqener, Nils “k1to” Qrün və Ville “myltsi” Vilkman. Heyəti isə Mikkel “Maze” Sparvat (keçmiş AaB) və “HEROIC Academy” məsulu Matsey “Muciek” Mordal tamamlayıb. Komandanın baş məşqçisi Conatan “MusambaN1” Torrent, assistenti isə David “Kairi” de Migel olacaq.

Komanda yeni teq altında debütünü çox yaxın vaxtda edə biləcək — NPG “CCT 2026 Europe Series 5” turnirinin pley-off mərhələsinə birbaşa dəvət alıb.

Nordic Partners Gaming Heyəti:

  • Nils “k1to” Qrün
  • Maks “Marix” Kuqener
  • Ville “myltsi” Vilkman
  • Mikkel “Maze” Sparvat
  • Matsey “Muciek” Mordal
  • Conatan “MusambaN1” Torrent (baş məşqçi)
  • David “Kairi” de Migel (assistent)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın