24
Valve Counter-Strike 2 üçün 8 yanvar tarixində 600 MB-lıq yeni bir yeniləmə təqdim edib. Bu yeniləmə bir sıra dəyişikliklər gətirsə də, oyunun stabil işləməsinə mənfi təsir edib.
Yeniləmə ilə Edilən Əsas Dəyişikliklər:
- Inferno xəritəsindəki balkon yenilənib;
- SSG08 silah modelində olan uyğunsuzluq aradan qaldırılıb;
- Dual Berettas üçün köhnə modeldə stiker maskası düzəldilib;
- Dual Berettas-ın kəmər mövqeyi (birinci şəxs perspektivində) yenidən tənzimlənib;
- Lokalizasiya faylları yenilənib.
Problemlər və İstifadəçi Şikayətləri
Lakin bu yeniləmədən sonra oyunçular oyunun fizikasında problemlər olduğunu bildiriblər. Əsasən, operativ modellərinin ölüm zamanı “havaya uçması” problemi geniş müzakirəyə səbəb olub və Reddit platformasında diqqət çəkib.