Məşhur anime serialı Cyberpunk: Edgerunnersin ikinci mövsüm treyleri rəsmi şəkildə yayımlanmadı. Səbəb – tərkibindəki həddindən artıq qəddarlıq səhnələri oldu.
Yapon istehsalı olan animenin yaradıcı heyəti Cyberpunk: Edgerunners 2 üçün təqdim edilən posterdən sonra treylerin dərcini təxirə saldı. Onların sözlərinə görə, ilkin versiyada yer alan bəzi epizodlar platformaların məzmun standartlarına cavab vermir və əlavə redaktə tələb edir.
Yumşaldılmış versiya üzərində iş gedir
Hazırda komanda treyleri auditoriyaya və yayımlanacaq platformalara uyğunlaşdırmaq üçün tərkibi nəzərdən keçirir. Onlar bildirirlər ki, yeni mövsüm birinci ilə müqayisədə daha qaranlıq və dramatik olacaq, lakin zorakılıq səviyyəsi ilə bağlı balans qorunmalıdır.
Hazırkı mərhələdə treylerin dəqiq təqdimat tarixi açıqlanmayıb. Bununla belə, pərəstişkarlar yaxın günlərdə ilk kadrları görəcəklərinə ümid edirlər.