Epic Games Store-də “Dead Island 2” və “Happy Game” pulsuz təqdim olunur

0 comments

Epic Games Store oyunsevərlərə növbəti sürprizini təqdim edib. Platformada həftəlik oyun paylanması çərçivəsində bu dəfə Dead Island 2 və Happy Game pulsuz əldə edilə bilər. İstifadəçilər bu fürsətdən 22 may saat 18:00-a qədər yararlana bilərlər.

Dead Island 2 – Zombi dolu Los-Ancelesdə sağ qalma mübarizəsi

Ən çox diqqət çəkən oyunlardan biri olan Dead Island 2, açıq dünya formatında təqdim olunan birinci şəxs perspektivli action-RPG janrındadır. Oyunçular zombi virusunun məhv etdiyi Los-Ancelesdə sağ qalmağa çalışır. Oyunda fərqli silahlar, kəskin döyüşlər və dinamik oyun mexanikası istifadəçilərə adrenalin dolu təcrübə təqdim edir. Layihənin yaradıcıları Dambuster Studios, oyunu 2023-cü ildə istifadəyə verib.

Happy Game – Amanita Design-dan qorxulu psixodelik macəra

İkinci pulsuz oyun isə fərqli atmosferi ilə seçilən Happy Game-dir. Bu, məşhur Amanita Design studiyasının hazırladığı qorxu tərzində psixodelik macəra oyunudur. Studiyanın Machinarium və Samorost kimi layihələrindən tanınan fərqli vizual üslubu burada da davam etdirilib. Oyun ilk dəfə 2021-ci ildə çıxıb və qəribə, bəzən isə ürküdücü oyun təcrübəsi axtaranlar üçün nəzərdə tutulub.

Növbəti həftənin sürprizi – üç yeni oyun

Epic Games Store nümayəndələri bildirib ki, gələn həftə platformada üç yeni oyun təqdim olunacaq. Lakin hansı oyunlar olacağı barədə məlumat hələlik gizli saxlanılır.

Bunlar da xoşunuza gələ bilər