Epulze iflas proseduruna başladı: Bali Major və Lima Major təşkilatçısı çətin vəziyyətdə

by Nigar Məmmədova
0 comments

Tanınmış turnir təşkilatçısı Epulze maliyyə problemləri səbəbindən 2 yanvar 2025-ci ildə iflas proseduruna başlamaq qərarına gəlib. Bu barədə şirkət rəsmi məlumat yayıb.

Maliyyə çətinlikləri və ödəmə problemləri

Epulze, Bali Major 2023Lima Major 2023 daxil olmaqla, bir sıra Dota Pro Circuit (DPC) turnirlərini təşkil etmişdi. Lakin təşkilatçı, 2023 və 2024-cü illərdə turnirlərdə iştirak edən istedadlara və qaliblərə ödənişləri yerinə yetirməkdə çətinlik çəkib. Bu vəziyyət həm iştirakçılar, həm də turnirin gələcəkdə keçirilməsinə dair suallar doğurur.

Əsas turnirlər: Bali Major və Lima Major

  1. Bali Major 2023:
    • 29 iyun – 9 iyul tarixlərində İndoneziyanın Bali şəhərində keçirildi.
    • 18 komanda arasında 500 min ABŞ dolları və 3,5 min DPC xalı uğrunda mübarizə aparıldı.
    • Gaimin Gladiators çempion oldu.
  2. Lima Major 2023:
    • 22 fevral – 6 mart tarixlərində Perunun Lima şəhərində keçirildi.
    • 18 komanda arasında 500 min dollar və 1,9 min DPC xalı bölüşdürüldü.
    • Gaimin Gladiators, finalda Team Liquid-i 3:0 hesabı ilə məğlub edərək qalib gəldi.

Təsirləri və gələcəkdəki turnirlər

Hal-hazırda Epulze-nin iflas prosedurunun bütün iştirakçılara və gələcək Dota 2 turnirlərinə necə təsir göstərəcəyi məlum deyil. Həm iştirakçı komandalar, həm də Dota 2 cəmiyyəti şirkətin vəziyyətinin mümkün nəticələrini diqqətlə izləyir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın