4
ESL, 2026-cı il üçün ESL Pro Tour Counter-Strike reqlamentinin yenilənmiş versiyasını dərc etdi. Dəyişikliklər ötən mövsümün rəylərinə əsaslanır və 2026-cı ildən etibarən qüvvəyə minəcək yeni qaydaları təqdim edir.
Yenilənmənin əsas məqamları:
- Texniki məğlubiyyətlər (forfeit) — komanda oyuna gəlmədikdə və ya qaydaları pozduqda avtomatik olaraq matçda və ya xəritələrdə məğlub sayılır.
- Cərimə xalları — hər bir cərimə xalı (penalty point) mükafat fondunun –1%-i deməkdir. Toplanan vəsaitlər artıq komandalar arasında paylanmayacaq, xeyriyyəçiliyə köçürüləcək.
- Turnirdən çəkilmə — mükafatların tam itirilməsi + eyni səviyyəli (Tier) növbəti tədbirdən kənarlaşdırılma (ban). Lakin “wildcard” dəvətləri bu qadağaya şamil edilmir.
- Gecikmələr (No-show) — 15 dəqiqə gecikmə = bir xəritə itkisi, daha 15 dəqiqə gecikmə = seriyada tam məğlubiyyət + əlavə 5 cərimə xalı.
- Düzgünlük kameraları (Integrity-cams) — onlayn oyunçulardan öz avadanlıqlarını (monitor, siçan, klaviatura, oyun sahəsi) göstərmək tələb oluna bilər.
- FACEIT Verified — onlayn seçmə mərhələlərdə və ESL Challenger League-də iştirak üçün mütləq şərtdir.
- Wildcard slotları — istifadə olunmayan slot artıq finalistə deyil, Valve Regional Standings reytinqinə verilir.
- ESL Challenger League — 2, 3 və ya 4 qalibiyyət kuboku qazanan komanda ESL Pro League-ə birbaşa dəvətə qədər ciddi bonuslar əldə edir.
- Gəliş günü (Arrival Day) — gəliş günündə iştirak etməmək turnirdən çəkilmə ilə eyni sanksiyalara səbəb olur; minimum cərimə $2000.
- Media öhdəlikləri — media günlərini və imza sessiyalarını qaçıranlar üçün $10 000-a qədər sərt cərimələr və mükafat fondundan faiz kəsilməsi tətbiq olunacaq.
- Quraşdırma vaxtı (Setup time) — standart olaraq 30 dəqiqə nəzərdə tutulub, lakin bu müddətə zəmanət verilmir.
- Beyclər — akkreditasiya kartının (beyc) itirilməsi $500 cərimə ilə nəticələnir.
- ESL əmlakına zərər vurma — minimum cərimə $500-dır, zərərin həcmindən asılı olaraq məbləğ arta bilər.
Heyətlər və əvəzetmələr:
- Heyət son tarixi (Deadline) — adətən turnirin başlanmasına 14 gün qalmış.
- Təcili əvəzetmələr (Emergency-subs) — yalnız ESL-in qərarı və təsdiqi ilə mümkündür.
- Məşqçi (Coach) — oyunçunu xəritələr arasında əvəz edə bilər.
- “Majority” (çoxluq) qaydasının pozulması — texniki məğlubiyyətə səbəb olur.
Bütün bu dəyişikliklər rəsmi olaraq 2026-cı il mövsümündən etibarən qüvvəyə minəcək.