Esports World Cup 2025 LoL və VALORANT turnirlərini elan etdi

by Nigar Məmmədova
0 comments

Esports World Cup 2025-in təşkilatçıları Riot Games studiyasına məxsus oyunlar üzrə yeni turnirləri elan edib.

Builki kibersport festivalında League of Legends, Teamfight Tactics və VALORANT üzrə çempionatlar keçiriləcək. VALORANT isə ilk dəfə Esports World Cup çərçivəsində rəsmi turnir kimi təqdim olunacaq.

Turnirlərin dəqiq tarixləri və mükafat fondu hələ açıqlanmayıb. Bununla yanaşı, Esports World Cup 2025 çərçivəsində ümumilikdə 23 turnir təşkil olunacaq.

Esports World Cup 2025 iyul-avqust aylarında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək. Keçən il bu yarışda ümumi mükafat fondu 60 milyon dollar təşkil edirdi.

Ötən ilin qalibi Team Falcons olub və 5665 xal toplayıb. Komandanın ən yaxın rəqibi Team Liquid isə 2545 xal ilə ikinci yerdə qərarlaşmışdı.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın