Esports World Cup Foundation, 2026-cı ildə keçiriləcək “Esports World Cup” çərçivəsində Rocket League turnirinin təfərrüatlarını paylaşıb. Yarışlar 12-16 avqust tarixlərində baş tutacaq və 16 ən güclü komanda 1 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə aparacaq.
Turnirin formatı və qaydaları:
Qrup mərhələsində 16 komanda hər birində səkkiz iştirakçı olmaqla iki qrupa bölünəcək. Oyunlar Double Elimination sistemi üzrə keçiriləcək. Görüşlərin əksəriyyəti Best-of-5 formatında olsa da, turnirdən kənarlaşdırma (elimination) matçları dörd qələbəyə qədər (Best-of-7-yə bənzər genişləndirilmiş format) oynanılacaq.
Hər qrupdan ən yaxşı dörd komanda Single Elimination sistemli pley-off mərhələsinə yüksələcək. Pley-offun bütün qarşılaşmaları Best-of-7 formatında keçiriləcək.
Regional slotların bölgüsü:
Hazırda turnirdə iştirakı dəqiqləşən yeganə komanda, son çempion kimi birbaşa dəvət alan Fransanın Karmine Corp kollektividir. Digər slotlar regionlar arasında aşağıdakı kimi bölünüb:
- Avropa: 3 slot (+ 1 birbaşa dəvət Karmine Corp üçün)
- Şimali Amerika: 3 slot
- MENA (Yaxın Şərq və Şimali Afrika): 3 slot
- Cənubi Amerika: 2 slot
- Okeaniya: 1 slot
- APAC (Asiya-Sakit okean): 1 slot
- SSA (Sub-Sahara Afrikası): 1 slot
- Last Chance Qualifier (Son şans seçməsi): 1 slot
Region təmsilçiləri RLCS reytinqi əsasında müəyyən ediləcək. Komandalar xalları onlayn seçmə mərhələlərdə və bu il Boston ilə Parisdə keçiriləcək meycorlarda qazanacaqlar.