“Eternal Fire” “VCT EMEA” liqasında “ULF Esports”u əvəz edəcək

by Nigar Məmmədova
0 comments

Türkiyənin məşhur kiberidman klubu “Eternal Fire” “VALORANT”ın əsas səhnəsinə çıxmağa hazırlaşır. “Sheep Esports”un mənbələrinə istinadən verdiyi məlumata görə, təşkilat “VCT EMEA” liqasında “ULF Esports”un yerini (slotunu) satın almağa yaxındır. Bu addım 2026-cı il mövsümünün ən səs-küylü kadr dəyişikliklərindən biri hesab olunur.

“ULF Esports” liqaya “Ascension” turniri vasitəsilə vəsiqə qazansa da, komandanın fəaliyyəti ciddi maliyyə çətinlikləri ilə müşayiət olunub. Oyunçuların və texniki heyətin ödənişlərinin aylarla gecikdirilməsi, bəzi hallarda isə ümumiyyətlə ödənilməməsi barədə çoxsaylı xəbərlər yayılıb. Nəticədə, “Riot Games” öhdəliklərin pozulması səbəbindən bu təşkilatla tərəfdaşlığa son qoyub.

Məlumata görə, “Eternal Fire” “ULF”-in keçmiş heyətinin əsas özəyini qoruyub saxlayacaq, lakin bəzi nöqtəvi gücləndirmələr aparacaq. Yeni heyətin aşağıdakı kimi olacağı gözlənilir:

  • audaz
  • echo
  • nekky
  • Favian
  • Izzy (böyük ehtimalla “s0pp”un əvəzinə “EF”-in Türkiyə “Challengers” heyətindən əsas komandaya cəlb olunacaq)

Komandanın məşqçi korpusunda isə Afr0nfireL7-nin yer alacağı bildirilir. Bu keçid Türkiyənin “VALORANT” səhnəsi üçün mühüm hadisə hesab olunur, çünki ölkənin ən köklü klublarından biri beynəlxalq arenada birbaşa mübarizə imkanı qazanır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın