Dünyanın ən böyük faytinq (döyüş oyunları) çempionatı olan Evolution Championship Series (Evo), qlobal miqyasda miqyasını genişləndirəcəyini rəsmən elan etdi. 2027-ci ildən etibarən mövcud daimi məkanlara (Las-Veqas, Yaponiya və Fransa) daha altı yeni ölkə əlavə olunacaq.
2027-ci ilin Yeni Məkanları:
- Sinqapur
- Braziliya
- Mərakeş
- Meksika
- Səudiyyə Ərəbistanı
- Çin
Yeni Format: Fighting Game World Championship
Genişlənmə ilə yanaşı, Evo Fighting Game World Championship adlı yeni yarış formatını təqdim etdi. Oyunçular il boyu müxtəlif ölkələrdə keçirilən Evo turnirlərində yüksək yerlər qazanaraq bu möhtəşəm final tədbirinə vəsiqə qazanmaq şansı əldə edəcəklər.
Evo artıq 2026-cı ildən etibarən “Local Support” təşəbbüsünü işə salmağı planlaşdırır. Təşkilat yerli döyüş oyunları icmalarına (FGC) öz turnirlərini yüksək texniki səviyyədə keçirmələri üçün avadanlıq və texnoloji həllər təqdim edəcək.
Bu addım faytinq oyunları janrının qlobal səviyyədə populyarlaşmasına və kiberidman ekosisteminin daha da inkişafına böyük töhfə verəcək.