Faker T1 ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

by Nigar Məmmədova
0 comments

League of Legends tarixinin ən uğurlu oyunçusu Li “Faker” San Hek Cənubi Koreyanın T1 klubu ilə yeni uzunmüddətli müqavilə imzalayıb. Bu barədə məlumat təşkilatın təşkil etdiyi T1 HomeGround 2025 festivalında rəsmi şəkildə elan olunub.

16 il T1 ilə: Faker tarix yazmağa davam edir

Faker-in T1 ilə hekayəsi 2013-cü ildə başlayıb. 29 yaşlı ulduz oyunçu bu müddət ərzində misilsiz uğurlara imza atıb:

  • 5 dəfə League of Legends Dünya Çempionu
  • 2 dəfə MSI (Mid-Season Invitational) qalibi
  • 10 dəfə Koreya çempionu (LCK)
  • 1 dəfə Esports World Cup 2025 qalibi

T1 və Faker – esportda əfsanəvi tandem

Təşkilatın verdiyi açıqlamada qeyd olunur ki, Faker-in kluba sadiqliyi və davam edən motivasiyası T1-in gələcəyi üçün əsas sütunlardan biri olacaq. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.

Bunlar da xoşunuza gələ bilər