FaZe Clan baş məşqçisi NEO ilə yollarını ayırdı

by Nigar Məmmədova
0 comments

Karyerası ərzində “Major” çempionu adını qazanmış əfsanəvi polyak Filip “NEO” Kubski, 2023-cü ildən bəri rəhbərlik etdiyi “FaZe Clan” klubundan kənarlaşdırılıb. Komanda onun rəhbərliyi altında, xüsusən də bütün oyunçuların CS2-yə keçid etdiyi dövrdə tez-tez turnirlərin finalına yüksələrək özünəməxsus kiçik bir “era” yaratmağı bacarmışdı.

Lakin “FaZe Clan”ın son vaxtlar nümayiş etdirdiyi zəif performans, xüsusilə 2026-cı ildəki uğursuzluqlar bu ayrılığa zəmin yaradıb. Komanda cari ildə qatıldığı demək olar ki, bütün turnirləri cədvəlin son sıralarında tamamlayıb:

  • BLAST Bounty S1 2026 – 17-32-ci yer
  • IEM Krakow 2026 – 9-12-ci yer
  • PGL Cluj-Napoca 2026 – 12-14-cü yer
  • ESL Pro League Season 23 Stage 2 – 12-14-cü yer

Klub “BLAST Open Rotterdam 2026” turnirinin başlamasına qədər yeni daimi məşqçi tapa bilmədiyi üçün NEO-nun postunu müvəqqəti olaraq komandanın analitiki Gruby tutacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın