Dünyaca məşhur kibersport təşkilatı FaZe Clan-ın həmtəsisçisi və ortaq sahiblərindən biri olan Tomas “Temper” Oliveyra ağır ittihamlarla üzləşdikdən sonra təşkilatdan uzaqlaşdırılıb.
İttihamların mahiyyəti
Keçmiş strimer Nordan “Rain” Şat son yayımında bildirib ki, Temper ona azyaşlı ilə intim münasibətdə olduğunu etiraf edib. Bu açıqlamadan sonra FaZe rəhbərliyi məsələni müzakirəyə çıxarıb. Müzakirə zamanı Oliveyra ittihamları rədd edib.
Öz açıqlamasında Tomas Oliveyra hadisəni fərqli şəkildə izah edib. Onun sözlərinə görə:
- O, qızı Nyu-Yorkda yalnız 21 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan klubda tanıyıb;
- Daha sonradan onun real yaşını öyrənib;
- Temper həmçinin vurğulayıb ki, Nyu-York ştatında “razılıq yaşı” 17-dir.
Bundan əlavə, Oliveyra Raini şantaj cəhdində ittiham edib. Onun iddiasına görə, strimer məlumatı ictimailəşdirməzdən əvvəl rəhbərlikdən pul tələb edib.
Bütün bu qalmaqaldan sonra FaZe Clan rəhbərliyi Temper-i heç bir xəbərdarlıq etmədən təşkilatdan kənarlaşdırıb.