FaZe tarixində bir ilk: Komanda 2016-cı ildən bəri ilk dəfə Major buraxacaq

by Nigar Məmmədova
0 comments

2016-cı ildə Counter-Strike səhnəsinə daxil olan FaZe Clan təşkilatı bu günə qədər keçirilən heç bir Meycer turnirini buraxmamışdı. Lakin IEM Cologne Major 2026 onların onillik fasiləsiz iştirak seriyasının qırıldığı ilk turnir kimi tarixə düşəcək.

Aprelin 5-də “HLC Cyprus Pro” turnirinin finalında BIG komandasına məğlub olan “FaZe”, 2026-cı ilin ilk Meycerinə vəsiqə qazanmaq şansını rəsmən itirib. Maraqlıdır ki, onların yerini SINNERS Esports tutub. 2020-ci ildə ilk heyətini formalaşdıran Çexiya təmsilçisi bu zirvəyə yüksəlmək üçün tam altı il mübarizə aparmalı olub.

“FaZe Clan” üçün bu nəticə demək olar ki, qeyri-mümkün hesab edilirdi. Əvvəlki Meycerin (“StarLadder Budapest Major 2025”) yarımfinalçısı olan komandadan növbəti turnirə vəsiqə üçün kifayət qədər VRS (Valve Ranking System) xalı toplayacağı gözlənilirdi. Lakin 2026-cı ilin əvvəlindəki ardıcıl uğursuz nəticələr komandaya baha başa gəldi və xalların kəskin itirilməsinə səbəb oldu.

FaZe Clan-ın 10 illik Meycer tarixi:

  • MLG Columbus 2016 — 9–12-ci yer, $8,750
  • ESL One Cologne 2016 — 9–12-ci yer, $8,750
  • ELEAGUE Major Atlanta 2017 — 5–8-ci yer, $35,000
  • PGL Major Kraków 2017 — 15–16-cı yer, $8,750
  • ELEAGUE Major Boston 2018 — 2-ci yer, $150,000
  • FACEIT Major London 2018 — 5–8-ci yer, $35,000
  • IEM Katowice Major 2019 — 5–8-ci yer, $35,000
  • StarLadder Berlin Major 2019 — 12–14-cü yer, $8,750
  • PGL Major Stockholm 2021 — 9–11-ci yer, $17,500
  • PGL Major Antwerp 20221-ci yer, $500,000
  • IEM Rio Major 2022 — 15–16-cı yer, $20,000
  • BLAST.tv Paris Major 2023 — 5–8-ci yer, $45,000
  • PGL Major Copenhagen 2024 — 2-ci yer, $170,000
  • Perfect World Shanghai Major 2024 — 2-ci yer, $170,000
  • BLAST.tv Austin Major 2025 — 5–8-ci yer, $45,000
  • StarLadder Budapest Major 2025 — 2-ci yer, $170,000
  • IEM Cologne Major 2026Vəsiqə qazanmayıb

“FaZe Clan” Counter-Strike tarixindəki ən möhtəşəm seriyalardan birini başa vurdu. Mövsümün uğursuz startı komandanın heyətində köklü dəyişikliklərin olacağı ehtimalını artırıb. Digər tərəfdən, SINNERS Esports üçün bu, tarixi nailiyyətdir — komanda ilk dəfə Meycerdə mübarizə aparacaq və öz oyunçu etiketlərinə (stickers) sahib olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın