“fer” rəsmən “Gaimin Gladiators”a qoşuldu: Əfsanənin böyük qayıdışı!

by Nigar Məmmədova
0 comments

“Gaimin Gladiators” təşkilatı kiberidman dünyasında bomba təsiri yaradan bir transferi rəsmən elan etdi. Braziliyalı əfsanəvi oyunçu Fernando “fer” Alvarenga IEM Cologne Major 2026 turnirində komandanın şərəfini qorumaq üçün rəsmi müqavilə imzalayıb. Klub bu barədə öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.

3 illik fasilədən sonra birbaşa Meycerə

Bu transferin ən diqqətçəkən tərəfi odur ki, “fer” təxminən üç ildir peşəkar səhnədə çıxış etmirdi. İndi isə o, birbaşa 2026-cı ilin ilk yarısının ən nüfuzlu yarışı olan “IEM Cologne Major”da debüt etməyə hazırlaşır.

Qeyd edək ki, təşkilat bu qərardan əvvəl Jao “felps” Vaskonsellos ilə yollarını ayırıb. Maraqlısı budur ki, komanda məhz “felps”in köməkliyi ilə Meycer turnirinə vəsiqə qazanmışdı. Görünür, “Qladiatorlar” təcrübə və “köhnə məktəb” gücünə daha çox güvənməyə qərar veriblər.

IEM Cologne Major 2026: Sınaq vaxtı

Intel Extreme Masters Cologne Major 2026 turniri 2-21 iyun tarixlərində Almaniyanın Köln şəhərində keçiriləcək. “Gaimin Gladiators” mübarizəyə birinci mərhələdən başlayacaq. Onlar ikinci mərhələyə yüksəlmək üçün 15 digər komanda ilə 8 vəsiqə uğrunda yarışacaqlar.

“Gaimin Gladiators”un yenilənmiş heyəti:

  • Jonatan “JOTA” Vilian
  • Qabriel “NEKIZ” Şenato
  • Enrike “HEN1” Teles
  • Luka “Luken” Nadotti
  • Fernando “fer” Alvarenga

Bu transfer həm riskli, həm də həyəcanvericidir. “fer”in paslanmış bacarıqlarını belə bir nəhəng turnirdə bərpa edib-edə bilməyəcəyi Köln səhnəsində bəlli olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın