Fortnite və “Simpsonlar” əməkdaşlığı noyabrda rekord qırdı

by Nigar Məmmədova
0 comments

Epic Games şirkəti Fortnite üçün yeni uğur göstəricisini açıqlayıb. “Simpsonlar” (The Simpsons) animasiya serialı ilə keçirilən kollaborasiya oyuna rekord sayda oyunçu cəlb edib.

Fortnite.gg məlumatına görə, 1 noyabr 2025-ci ildə baş tutan start günündə 2,6 milyondan çox oyunçu eyni vaxtda oyuna daxil olub — bu, oyun tarixində yeni rekord hesab olunur.

Əməkdaşlıq çərçivəsində oyuna “Springfield” adasında yeni xəritə əlavə olunub. Bununla yanaşı, tematik Battle Pass və unikal mükafatlar da təqdim edilib. Mövsüm 29 noyabra qədər davam edəcək.

Fortnite haqqında

Fortnite — Epic Games və People Can Fly tərəfindən hazırlanmış onlayn oyundur. 2017-ci ildə erkən çıxış formatında təqdim olunub. Oyun üç əsas rejimə malikdir:

  • Save the World — kooperativ sağ qalma rejimi;
  • Battle Royale — 100 oyunçunun iştirak etdiyi rəqabətli döyüş rejimi;
  • Creative — oyunçuların öz xəritə və strukturlarını yaratdıqları yaradıcılıq rejimi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın