“FUT Esports” komandası “PGL Bucharest 2026” turnirinin böyük finalında “Astralis” kollektivini 3:0 (Ancient 13:5, Mirage 13:5, Nuke 14:16, Dust2 13:3) hesabı ilə məğlub edərək turnirin çempionu adını qazanıb. Bu möhtəşəm qələbə türkiyəli təmsilçiyə çempionluq kuboku ilə yanaşı, 200 000 dollar pul mükafatı qazandırıb.
Final seriyasının ən yaxşı oyunçusu (MVP) adına Dmitri “dem0n” Miroşniçenko layiq görülüb. O, seriya ərzində 70 öldürmə, 47 ölüm və 86 ADR (raund başı orta zərər) göstəricisi ilə inanılmaz performans sərgiləyib. Dmitri “Dust2” xəritəsində 1v1 klatç (clutch — oyunçunun tək qalıb raundu qazanması) vəziyyətində qalib gələrək son öldürməni reallaşdırıb və komandasının qələbəsini rəsmiləşdirib.
Ümumi mükafat fondu 625 000 dollar olan turnirdə vəsaitlər 16 komanda arasında bölüşdürülüb. Ən böyük pay — 200 000 dollar çempion “FUT” komandasına qismət olub. “PGL Bucharest 2026” turnirində mükafatların yekun paylanması belədir:
- 1-ci yer: FUT — $200,000
- 2-ci yer: Astralis — $93,750
- 3-cü yer: The MongolZ — $75,000
- 4-cü yer: 3DMAX — $43,750
- 5–8-ci yerlər: EYEBALLERS, MIBR, PARIVISION, B8 — $31,250
- 9–11-ci yerlər: Legacy, Wildcard, NRG — $15,625
- 12–14-cü yerlər: BC.Game Esports, Inner Circle Esports — $9,375
- 15–16-cı yerlər: FaZe Clan, Team Voca — $6,250
“PGL Bucharest 2026” turniri 4-11 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilib. Ümumilikdə 16 güclü komanda çempionluq titulu uğrunda gərgin mübarizə aparıb.