Riot Games “League of Legends” üzrə Worlds 2025-in açılış mərasiminin detalları barədə məlumat yayıb.
Bu il çempionatın rəsmi himnini Asiyada məşhur müğənni G.E.M. ifa edəcək. Mahnının adı və tam detalları hələ açıqlanmayıb, lakin oktyabr ayında təqdim ediləcəyi bildirilib. Açılış mərasimində həmçinin Anyma, TEYA və Chrissy Costanza da səhnəyə çıxacaq.
Yenilənmiş Summoner’s Cup
Turnirin əsas simvollarından olan Summoner’s Cup yenidən klassik siluetinə qayıdıb, lakin müasir üslubda dəyişikliklər edilib. Yeni kubok əvvəlki Tiffany & Co. dizaynından təxminən iki dəfə yüngüldür. Üzərində isə indiyədək çempion olmuş bütün 14 komandanın adları həkk olunub.
Worlds 2025 14 oktyabr – 9 noyabr tarixlərində Çinin üç şəhərində — Çendu, Şanxay və Pekində baş tutacaq. Turnirin mükafat fondu isə 5 milyon dollar təşkil edir.