G2 Esports LEC 2026 Versus Çempionu Oldu: İstiqamət Braziliyadır

by Nigar Məmmədova
0 comments

G2 Esports, League of Legends üzrə mövsümün ilk turniri olan LEC 2026 Versus-da möhtəşəm qələbə qazanaraq zirvəyə yüksəlib. Gərgin keçən böyük finalda “samuraylar” Karmine Corp kollektivini 3:2 hesabı ilə məğlub edərək çempionluq kubokunu başı üzərinə qaldırıblar.

Bu zəfər G2 Esports-a ilin ilk split çempionu titulunu qazandırmaqla yanaşı, həm də çox mühüm bir vəsiqə bəxş edib. Komanda bu nəticə ilə EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunu mövsümün ilk beynəlxalq yarışı olan 2026 First Stand Tournament-də təmsil edəcək yeganə kollektiv olmaq hüququ qazanıb.

Sözügedən beynəlxalq turnir Braziliyanın San-Paulu şəhərində keçiriləcək. Dünyanın ən güclü səkkiz komandası mövsümün ilk beynəlxalq kuboku uğrunda gərgin mübarizə aparacaq. G2 Esports-un bu forması ilə Avropanı qlobal arenada necə təmsil edəcəyi azarkeşlər tərəfindən maraqla gözlənilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın