G2 Esports “Stake Ranked Episode 1” çempionu oldu

by Nigar Məmmədova
0 comments

G2 Esports” komandası “Stake Ranked Episode 1” turnirinin finalında “BetBoom” kollektivini 2:1 (Anubis 10:13, Ancient 13:11, Dust2 13:9) hesabı ilə məğlub edərək çempionluq tituluna sahib çıxıb. Aprelin 4-də baş tutan bu qələbə komandaya yalnız pul mükafatı deyil, həm də “IEM Cologne Major 2026” turnirinə vəsiqə qazandırıb.

Qarşılaşmanın ən dəyərli oyunçusu (MVP) Matuş “MATYS” Şimko seçilib. O, seriya ərzində 54 öldürmə və 43 ölüm göstəricisi ilə yadda qalıb (ADR 91).

G2 Esports – Statistika

OyunçuÖldürmə (K)Ölüm (D)Asist (A)+/-ADR
MATYS (MVP)544314+1193
HeavyGod414215-175
SunPayus413614+557
huNter-434720-474
Nertz43499-662
Cəmi22221772+5361

BetBoom – Statistika

OyunçuÖldürmə (K)Ölüm (D)Asist (A)+/-ADR
Magnojez514816+389
Boombl4484719+183
zorte433716+666
s1ren354415-955
FL4MUS374814-1162
Cəmi21422480-10355

Turnirin nəticələri və mükafat fondu

Barselonada (İspaniya) 1-4 aprel tarixlərində keçirilən turnirdə ümumilikdə 100,000 dollar mükafat fondu oynanılıb. Səkkiz komandanın mübarizə apardığı yarışın yekun sıralaması belədir:

  1. G2 Esports — $25,000 + Stake Ranked Ep. 2-yə vəsiqə
  2. BetBoom — $17,500 + Stake Ranked Ep. 2-yə vəsiqə
  3. GamerLegion — $13,500
  4. HEROIC — $11,0005–6. Ninjas in Pyjamas, 9INE — $9,0007–8. Team Nemesis, Gentle Mates — $7,500

“Stake Ranked Episode 1” çərçivəsində altı komanda VRS reytinqinə əsasən dəvət alıb, iki kollektiv isə qapalı seçmə mərhələlərdən keçərək əsas mərhələyə vəsiqə qazanıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın