G2 Esports və MIBR VALORANT Champions 2025-in pley-offuna yüksəldi

by Nigar Məmmədova
0 comments

Paris şəhərində keçirilən VALORANT Champions 2025 turnirində daha iki komanda pley-off mərhələsinə vəsiqə qazanıb.

Ceykob valyn Batyonun rəhbərlik etdiyi G2 Esports kollektivı T1 üzərində qələbə qazanaraq adını növbəti mərhələyə yazdırdı. Komanda rəqibini 2:0 hesabı ilə məğlub etdi — əvvəlcə Lotus xəritəsində 13:9, daha sonra isə Corrode xəritəsində 13:8 hesabı ilə üstün oldu.

Qrup C-də keçirilən digər görüşdə Endryu Verno Maustan rəhbərliyindəki MIBR asanlıqla Rex Regum Qeon üzərində qələbə qazandı. Braziliya təmsilçisi hər iki xəritədə (Corrode və Abyss) eyni hesabla — 13:5 qalib gəldi.

VALORANT Champions 2025 çempionatı 12 sentyabr – 5 oktyabr tarixlərində Parisdə keçirilir. Yarışın ümumi mükafat fondu 2,25 milyon dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın