Gen.G HLE-ni məğlub edərək Worlds 2025-in ilk yarımfinalçısı oldu

by Nigar Məmmədova
0 comments

Bu gün, 28 oktyabr, League of Legends üzrə Worlds 2025 turnirinin pley-off mərhələsi start götürdü. İlk dörddəbir final qarşılaşmasında Cənubi Koreya təmsilçiləri — Gen.G və Hanwha Life Esports (HLE) üz-üzə gəldilər.

Matçın qalibi Gen.G oldu — 3:1 hesabı ilə rəqibini məğlub edən komanda yarımfinala yüksəldi. Nəticədə Gen.G, KT Rolster — CTBC Flying Oyster cütünün qalibi ilə qarşılaşacaq.

Digər tərəfdən, Hanwha Life Esports turniri 5–8-ci yerlərdə tamamladı və 300 min ABŞ dolları mükafat qazandı.

Worlds 2025 haqqında

  • Turnir 14 oktyabr – 9 noyabr tarixləri arasında keçirilir.
  • Oyunlar Çinin üç şəhərində — Çendu, Şanxay və Pekində baş tutur.
  • Ümumi mükafat fondu 5 milyon ABŞ dolları təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın