Cənubi Koreya komandası Gen.G League of Legends üzrə Mid-Season Invitational 2025 turnirinin qalibi olub.
Beş oyundan ibarət gərgin final qarşılaşmasında Gen.G həmyerliləri T1 komandasını 3:2 hesabı ilə məğlub edib. Finalın ən yaxşı oyunçusu (MVP) – Çonq “Chovy” Ci Hun seçilib.
Gen.G birinci yer üçün 500 min dollar mükafat və klub tarixində ikinci MSI titulunu qazanıb. Bundan əlavə, komanda Worlds 2025 üçün vəsiqə əldə edib.
İkinci yeri tutan T1 isə 300 min dollar mükafat alıb.
League of Legends üzrə növbəti beynəlxalq turnir – 16–20 iyul tarixlərində keçiriləcək Esports World Cup 2025 olacaq.
MSI 2025 27 iyun – 13 iyul tarixlərində Kanadanın Vankuver şəhərindəki Pacific Coliseum arenasında baş tutub. Turnirin mükafat fondu 2 milyon dollar təşkil edir, qalib komanda isə birbaşa Worlds 2025-ə vəsiqə qazanır.