“Polyphony Digital” “Gran Turismo 7” üçün böyük avqust yenilənməsini yayımlayıb. Dörd yeni avtomobil, əlavə tədbirlər və yeni marşrutla yanaşı, 1.71 patçı oyunun fiziki modelini, şinlərin davranışını, asqını, mühərrikin idarə olunmasını və sükanlar üçün əks-əlaqə (Force Feedback) sistemini ciddi şəkildə yenidən işləyib.
Yeni avtomobillər və fiziki modeldəki dəyişikliklər
1.71 patçında “Gran Turismo 7″yə 4 yeni avtomobil əlavə edilib:
- Caterham Seven Superlight R500 ’08
- Hyundai IONIQ 6 N ’25
- Toyota Chaser Tourer V ’97
- Toyota Mark II Tourer V ’97
Həmçinin “World Circuits” rejimində üç yeni yarış və “Circuit Experience” üçün yeni “Circuit de Barcelona-Catalunya Rallycross Layout” marşrutu təqdim olunub.
Tərtibatçılar fizika hissəsinə xüsusi diqqət ayırıblar. Şinlərin iş alqoritmi, o cümlədən sürüşmə, qızma və yeyilmə zamanı onların davranışı yenilənib. Mühərrikin fırlanma anının idarə olunması, ddrift zamanı drossel qapağının xüsusiyyətləri və avtomobillərin yarımçıq qaz pedalı sıxılmasındakı davranışı yenidən işlənilib. Bundan əlavə, sükan həndəsəsi və amortizatorların işi optimallaşdırılıb.
Avtomobillərin balansında da ciddi dəyişikliklər edilib. Tərtibatçılar “Performance Points” göstəricilərini, ayrı-ayrı maşınların parametrlərini, mühərrikin maksimal dövriyyəsini, ötürmələrin dəyişdirilməsini, yanacaq sərfiyyatını və bir sıradan başqa xüsusiyyətləri tənzimləyiblər. Həmçinin “Traction Control” və ABS köməkçi sistemləri yenilənib.
İdarəetmə sistemləri, zədələnmə mexanikası və digər yeniliklər
Kontroller və yarış sükanı sahibləri üçün də bir sıra dəyişikliklər edilib. Naqilsiz kontrollerlər üçün analoq stiklər, krestovina, qaz və tormoz pedallarının idarə olunması tənzimlənib. Sükanlar üçün “Force Feedback” gücü və sürtünməsi, kifayət etməyən dönmə zamanı vibrasiya və qaz-tormoz xüsusiyyətləri dəyişdirilib. “Fanatec” cihazları üçün xüsusi optimallaşdırmalar aparılıb, “GT DD Pro” modeli isə proqram təminatı yenilənməsindən sonra əlavə olaraq “FullForce” effektlərinin dəstəyini alacaq.
Yenilənmə mexaniki zədələnmə sistemini də dəyişib. Zədə almaq üçün tələb olunan toqquşma gücü və onların idarəetməyə təsiri dəqiqləşdirilib. Yeni “Championship” rejimi əlavə olunub ki, burada zədələr hətta az ağır toqquşmalardan sonra da yaranır, bərpa olunma müddəti isə zədənin dərəcəsindən asılıdır.
Digər dəyişikliklər arasında “PS5 Pro”da PSSR-ın ən son versiyasının avtomatik istifadə edilməsi, bir çox rejimlərdə reytinqlərin sıfırlanması, tədbirlər üçün yeni parametrlər, lisenziyalarda və “Circuit Experience”də hədəf vaxtlarının yenilənməsi, eləcə də trası kəsməyə görə cəza kriteriyalarının yumşaldılması diqqət çəkir.
“Café” bölməsində yeni dörd avtomobillə bağlı dialoqlar peyda olub, “Menu Book No. 39” tamamlandıqdan sonra isə əlavə mükafatlarla “Seasonal Menu” açılır. Bundan əlavə, bir sıra maşınlar üçün mühərrik əvəzləmələri əlçatan olub, “Scapes” rejiminə isə “Whistler” loqasiyası əlavə edilib.
“Gran Turismo 7” 2022-ci ilin martında işıq üzü görüb və relizindən dörd ildən çox vaxt keçməsinə baxmayaraq müntəzəm olaraq miqyaslı yenilənmələr almağa davam edir.