HLTV-nin Həftəlik Reytinqi Yeniləndi: İlk Dörtlükdə Dəyişikliklər

by Nigar Məmmədova
0 comments

HLTV portalı 27 iyul tarixinə olan CS2 üzrə dünyanın ən yaxşı komandalarının yenilənmiş reytinq cədvəlini dərc edib.

İlk Onluqdakı Vəziyyət

IEM Cologne Major” çempionluğundan sonra Falcons komandası artıq üst-üstə beşinci həftədir ki, 901 xalla cədvələ liderlik etməyə davam edir. İkinci yeri 772 xalla Vitality qoruyub saxlayır.

Spirit komandası (745 xal) yenidən üçüncü pilləyə yüksəlib — o, “BLAST Bounty” turnirinin növbəti mərhələsinə vəsiqə qazanan cədvəlin yuxarı hissəsindəki yeganə kollektiv olaraq FURIAnı (663 xal) dördüncü pozisiyaya gerilədib. NAVI isə 536 xalla dəyişməz olaraq beşinci yerdə qərarlaşıb.

Cənubi Amerika təmsilçisi 9z 415 xalla altıncı mövqedədir. Yeddinci sıraya yüksələn bb team (348 xal) Aurora (347 xal) və G2 (338 xal) komandalarını 8-ci və 9-cu pillələrə sıxışdırıb. İlk onluğu MOUZ (304 xal) tamamlayır — onlar Legacy komandasını (255 xal) 11-ci yerə düşürüblər.

HLTV Reytinqi Yeniləndi: Top-4-də Dəyişikliklər

Diqqət Çəkən Məqamlar

  • Liquid-in Sensasiyalı Sıçrayışı: Yenilənmiş “Liquid” heyəti “BLAST Bounty”də əvvəlcə favorit “Vitality”ni, daha sonra isə “G2″ni turnirdən kənarlaşdıraraq 11 pillə irəliləyib və 20-ci yerə yüksəlib.
  • 3DMAX-ın Uğuru: FUT-u sıradan çıxararaq “BLAST Bounty 2026″nın final mərhələsinə vəsiqə qazanan Fransanın “3DMAX” kollektivi 12 pillə yüksələrək 22-ci sırada qərarlaşıb (baxmayaraq ki, “StarLadder StarSeries Fall 2026” seçmə mərhələsində hər iki matçda uduzmuşdular).
  • 100 Thieves: “BLAST” turnirində “Falcons”u üstələsələr də, “Spirit”ə uduzublar. “StarSeries Fall 2026” seçmələrində iki matçın ikisini də uduzmalarına rəğmən, bir həftə ərzində 23 pillə sıçrayış edərək 37-ci yeri tutublar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın